“WhatsApp”dan daha bir yenilik – VİDEObackend

“WhatsApp”dan daha bir yenilik – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 800 milyon aktiv istifadəçiyə xidmət göstərən “WhatsApp” Facebook tərəfindən satın alındıqdan sonra ciddi təkmilləşdirmə dövründən keçir.

Əvvəlki həftələrdə səsli zəng funksiyasını tətbiq edən və Facebook ilə inteqrasiya olmaq üçün düyməyə basan “WhatsApp” daha yeni bir xüsusiyyəti təqdim edəcək.

Şirkətə yaxın mənbələrdən mətbuata sızan məlumatlara görə, “WhatsApp”ın 2.12.45 nömrəli son versiyası Google Drive inteqrasiya olacaq.

Bu xüsusiyyət ilə istifadəçilərinin paylaşdıqları mesaj, vizual və videolar Google Drive üzərindən avtomatik olaraq məlumat bazasında saxlanılacaq. “WhatsApp”ın bu yeniliyi istifadəçilərin heç bir məlumatlarının itirilmədən fərqli cihazlarla istifadəsinə imkan yaradacaq.

Təqdim edilən videoda bu yeniliklər açıq bir şəkildə görülür. Bu yenilik ilk olaraq mobil cihazları əhatə edəcək, daha sonra isə veb versiyaya tətbiq ediləcək.
“WhatsApp”ın 2.12.45 nömrəli versiyası qısa müddət ərzində istifadəyə veriləcəyi gözlənilir.

İnterpress.azhttps://youtube.com/watch?v=XmKfa9GFZCc