Rövşən Lənkəranski Türkiyədə “sxodka” keçirdibackend

Rövşən Lənkəranski Türkiyədə “sxodka” keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “sxodka” əsasən Moskvada yaşayan və fəaliyyət göstərən, Ded Xasan tərəfdarları olmuş “oğru”lara qarşı baş tutub. 4 nəfərin statusu əlindən alınıb. Bunlar Mumu, Paştet, Medvejonok və Lebeddir. Onların “tac”dan məhrum edilməsinə səbəb özlərini “oğru” dünyasının qaydalarına uyğun aparmamaları, onlara göstərilən etimadi doğrultmamaları olub. Bu qərar Ded Xasandan sonra “oğru” dünyasına rəhbərliyə iddialı Şakro Malodoyun öz qaydalarını diktə etmək cəhdinə cavab olub.

Ded Xasan klanına qarşı mübarizədə olduğu kimi, bu “sxodka”da da əsas söz sahibi Rövşən Lənkəranski olub. Rövşən Lənkəranski Əhməd Şalinskinin ünvanına kəskin iradlarını bildirib. Şalinski Belorus “oğru”larının dəstəyini alaraq daha sonra onlar tərəfindən “taclandırıldığından” Rövşən Lənkəranski ona qarşı çıxıb.

O, Əhməd Şalinskini “oğru” hesab etmədiyini və onun hərəkətlərinin “oğru”ya layiq olmadığını deyib.

Elnarə
İnterpress.az