Səhər yeməyi ye, arıqla – ARAŞDIRMAbackend

Səhər yeməyi ye, arıqla – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kişilər də qadınlar kimi artıq kilolardan şikayətçidir, ancaq pəhriz məsələsində qadınlar qədər səbirli deyillər. Diyet saxlayan kişilər həm də cəmiyyət tərəfindən dəstəklənmir. Yəni cəmiyyət bunu birmənalı qarşılamır.

İnterpress.az xəbər verir ki, kişilərin pəhriz saxlaması adət edilməyən bir vəziyyət olduğunü deyən düzgün qidalanma üzrə mütəxəssis və dietoloq Gizəm Köse kişilərin bir tərəfdən artıq kilolarıyla məşğul olarkən, digər tərəfdən də cəmiyyətin \”kişi pəhriz etməz\” fikri ilə mübarizə apardığını söyləyib.

Sağlam qidalanmağın cinsiyyəti olmur

\”Sağlam qidalanma prinsipləri üçün cinsiyyət ayrı-seçkiliyi etmək olmaz. Sağlam qidalanma prinsipləri həm qadınlar, həm də kişilər üçün eynidir. Balanslı və doğru qidalanmada ən əhəmiyyətli məsələ tək istiqamətli bəslənmədən uzaq olmaq və 4 əsas qida qrupunu bərabər istehlak etməkdir. Yəni, bir öynənin menyusunu yalnız ət, toyuq və ya souslu makaron yox, bunun yerinə ət, makaron, salat və qatıq olaraq tamamlamaq lazımdır. Bütün qidalar bir arada istehlak edildiyi zaman qan şəkəri yavaş yüksəlir. Bu, maddələr mübadiləsinə də köməkçi olur, həzm sürətlənir, bədənin yağlanması azalır.

Kişilər 13 stəkan su qəbul etməlidir

Kilo vermək istəyən kişilərə xüsusilə səhər yeməyi yeməyi və gündə 3 litr su içməyi təklif edən doktor Kösə ən böyük səhvin səhər yeməyini yemədən günə başlamaq olduğunu söyləyib.

Səhər yeməyini ye, arıqla…

\”Aparılan ən son araşdırmalarda kişilərin gündə 3 litr su istehlak etməsinin lazım olduğu təsdiqlənib. Qısacası, əsas öynələrdə hər qrup qida və gün ərzində 13 stəkan su qəbul edilməlidir. Əsas öynələrdə ən çox yeyilməyən və üstündən keçilən səhər yeməyidir. İllərdir aparılan araşdırmalar göstərib ki, səhər yeməyi kişilərdə kilo itkisi və tarazlığın saxlanmasını asanlaşdırır. Səhər yeməyi gün ərzində aclığınızı azaldır və enerji verir. Araşdırmaların nəticələrinə görə, piylənmədən əziyyət çəkənlər səhər yeməyini yeyərək 1 ildə ortalama 13,6 kq arıqlayıb. Çəkini idarə etməkdə səhər yeməyi əhəmiyyətlidir. Əsas öynələrlə yanaşı bir də ara öynələr var ki, bunlar da az əhəmiyyətli deyil. Gün ərzində aralara yerləşdirdiyimiz 3 ara öynə isə maddələr mübadiləsini sürətləndirər və özünüzü enerjili hiss etmənizi təmin edər. Bu ara paylar ümumiyyətlə meyvə, çörək ya da süd, ayran, probiotik qatıq şəklində ola bilər. Kişilərin maddələr mübadiləsi qadınlara görə daha sürətlidir, bu səbəbdən enerji ehtiyacı da daha çoxdur\”.

Dieta idman və psixoloji yardımla dəstəklənə bilər

“Kişilər kilo verərkən qadınlar qədər səbirli davranmırlar, dost təsiriylə pəhrizlərini asanlıqla poza bilirlər” deyən həkim kişilərin dietalarını idman və psixoloji yardım ilə möhkəmləndirə biləcəklərini də ifadə edib: \”Yoldaşlar, ailə fərdləri və dostların birlikdə pəhriz saxlaması kilo verməyi asanlaşdırır. Ailə fərdləri birlikdə sağlam bəslənmə nizamını qurub, bir-birlərini dəstəkləyə bilər. Dietada mütəxəssislərdən də dəstək almaq lazımdır \”.

İnterpress.az