Qadınlar diqqət: duz yerinə nanə…backend

Qadınlar diqqət: duz yerinə nanə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yeniyetmə üçün lazım olan gündəlik duz miqdarı 2 – 4 qram olmasına baxmayaraq, türk cəmiyyətlərində adam başına düşən gündəlik duz (natrium xlorid) miqdarı təxminən 18 qramdır. Gündəlik ideal duz miqdarının böyük bir hissəsi orqanizmizə təbii tərəvəz və meyvələrlə daxil olmasına baxmayaraq, süfrə duzundan həddindən artıq istifadə edilir. Duzu çox istehlak etmək isə yüksək təzyiq, ürək-damar xəstəlikləri və xroniki böyrək çatışmazlığının ən əhəmiyyətli səbəbləri arasında yer alır.

Duz böyrəklərin düşmənidir…

Nefrologiya mütəxəssisi doktor Hamad Dheirin sözlərinə görə, duz istehlakının nəzarət altına alınmasıyla həm təzyiqin artmasının, həm də böyrək probleminin qarşısını almaq mümkündür: “İstehlakı zamanı duzun 99,5 faizi böyrəklərdən təkrar bədənə geri qaytarılır, çox az miqdarı sidik yolu ilə atılır. Həddindən artıq duz istehlakı bədəndəki natrium – su tarazlığını pozur və yaş artdıqca başda böyrək olmaq üzrə bütün orqanların damarlarında ciddi ziyanlar yaradır. Bu proses orqan çatmazlığına qədər gəlib çıxa bilir”.

Duz istehlakını azaldacaq təkliflər…

\”Sağlam böyrəklərə sahib olmaq üçün gündəlik həyatınızda edəcəyiniz kiçik dəyişikliklərlə duz istehlakına məhdudiyyət!\” suarıyla çıxış edən həkim Hamad Dheirin bu mövzudakı tövsiyələri isə bunlardır:
• Susadıkça su üçün: Susadıkça su içmək lazımdır. Ancaq gündəlik su miqdarı 1,5 litr altında olmamalıdır. Həddindən artıq su içməyin də böyrək çatmazlığı və təzyiq yüksəkliyinə müsbət təsiri yoxdur.

• Dadına baxmadan duz istifadə etməyin: Yeməklərin dadına baxmadan duz istifadə vərdişini tərgidin.

• Masanızdan duzqablarını götürün: Yeməklərə az duz qoyaraq süfrələrdən duzqabını tamamilə aradan qaldırın.

• Uşaqlarınızın körpəlikdən öyrəşdirin: Uşaqlarınıza erkən yaşlardan etibarən az duz istehlakına alışdırın. Bu mövzuda uşağınıza nümunə olun.

• Duzlu yeməklərdən uzaq durun: Evlərdə edilən duzlu tomat pastaları, həddindən artıq duzlu ağ pendirlər, turşu və duzlu zeytunu az istehlak edin. Təzyiq yüksəkliyi və böyrək çatışmazlığı olan xəstələr isə bunları əsla istehlak etməməlidirlər.

• Etiket oxuma vərdişi əldə edin: Satın aldığınız məhsulların etiketlərini mütləq oxuyun. Natriumu (duzu) azaldılmış və ya duzsuz məhsulları seçin.

• Duz yerinə alternativləri seçin: Yeməklərin ləzzətini artırmaq üçün duz yerinə cəfəri, nanə, kəklikotu, şüyüd, razyana, reyhan kimi bitkiləri, ədviyyat, limon, qatıq və sirkə istifadə edə bilərsiniz.

İnterpress.az