Xanımı naziri qucaqlayaraq xilas etdibackend

Xanımı naziri qucaqlayaraq xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hücumun qarşısını nazirin həyat yoldaşı Daniya alıb.

Hadisə cütlük dostları ilə şam yeməyindən qayıdarkən baş verib. Radikallar nazirin restoranda olduğunu bilərək onu restoranın qarşısında gözləyiblər. Qrup nazirə hücum etmək istəyəndə həyat yoldaşı onu qucaqlayaraq hücumdan qoruyub.

Hadisə barədə danışan nazir “Onlar mənə hücum etdilər. Mən dialoqa çağırdım, onlara qulas asmaq istədiyimi bildirdim. Ancaq onlar məni dinləmədilər, məni xanımımın qucaqlaması xilas etdi” deyə bildirib.

Qeyd edək ki, maliyyə naziri avropalı kreditorlarla danışıqlarda kəskin mövqeyi ilə tanınır.

İnterpress.az