Çoxarvadlılıq ürəyə ziyandır – ARAŞDIRMAbackend

Çoxarvadlılıq ürəyə ziyandır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ərəb alimi Amin Daulax apardığı uzun araşdırmalardan sonra bu nəticəyə gəlib. Alimin fikrincə, çoxarvadlı kişilər digərlərinə nisbətən 4 dəfə artıq ürək problemi yaşayır.

Kardioloqların Asiya Konqresində məruzə ilə çıxış edən alim problemin səbəbi kimi maliyyə və psixoloji durumum yaratdığı çətinlikləri göstərib.

Daha sonra “Live Science”də dərc olunan materiallardan məlum olur ki, həkimlər 687 kişi üzərində araşdırma aparıb. Bu şəxslər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində ürək problemləri səbəbindən klinikalarda müalicə edilən şəxslər olub. Araşdırmada iştirak edənlərdən 68 faizinin ancaq bir arvadı olub.

Araşdırma göstərib ki, birdən çox arvadı olan kişilərdə digərlərinə nisbətən ürək-damar problemləri 4,6 dəfə çox müşahidə olunur. Mütəxəssis qadınlarda da bununla bağlı araşdırmaya ehtiyac olduğunu bildirib.

İnterpress.az