Rekonstruksiya olunan binalar 4 qrupa bölünəcəkbackend

Rekonstruksiya olunan binalar 4 qrupa bölünəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Rekonstruksiya olunan bina və qurğuların konstruksiyalarının layihələndirilməsi üzrə əlavə tələblər”də əksini tapıb. Bina və qurğuların konstruksiya elementlərinin qalıq ehtiyatının qiymətləndirilməsi istismar prosesində zədələr almış və ya qüsuru olan konstruksiya elementlərinin yükdaşıma və deformasiya qabiliyyətinin yoxlanılması hesablamalarına, əldə olan texniki sənədlərə, vizual və instrumental yoxlamalara əsasən aparılmalıdır. Nəticədə bina və qurğuların elementlərinin texniki vəziyyətinin qiymətləndirilməsi saz (işçi) vəziyyətdə, iş qabiliyyətli, məhdudlaşdırılmış iş qabiliyyətli və qəzalı olaraq müəyyənləşdirilməlidir.

Qüsurlar olmadıqda və qüvvədə olan normaların və dövlət standartlarının bütün tələbləri ödənildikdə bina və qurğular saz (işçi) vəziyyətdə hesab edilməlidir. Sonrakı inkişafı digər element və konstruksiyalara təsir göstərməyən, lakin təhlükəsiz istismar şərtinə təsir edən yerli xarakterli qüsurlar və zədələnmələr olduğu (C kateqoriyası), başqa sözlə DÜİST 27751 standartının birinci qrup həddi-hal vəziyyətinin tələbləri pozulmadan normaların tələblərindən qismən çıxan və ikinci qrup həddi-hal vəziyyətinin pozulmasına görə bina və qurğuların konkret şəraitdə normal istismarı məhdudlaşdırılmadıqda bina və qurğular iş qabiliyyətli sayılmalıdır. Konstruksiyaların dağılmasına təhlükə yaratmayan, lakin sonradan digər elementlərdə və konstruksiya düyünlərində zədələr yarada bilən və ya zədələr inkişaf etdikdə təhlükəlilik kateqoriyasına keçən qüsur və zədələnmələr (B kateqoriyası) olduqda, başqa sözlə binanın (qurğuların) istismarını təmin etmək üçün konstruksiyaların texniki vəziyyətinə, onların istismar müddətinə və ya texnoloji proseslərin parametrinə (məsələn, körpü kranlarının yükdaşıma qabiliyyətinin məhdudlaşdırılması) nəzarətin vacib olduğu hallarda bina və qurğular məhdudlaşdırılmış iş qabiliyyətli hesab edilməlidir. Xüsusilə məsul elementlər və birləşmələrdə konstruksiyanın dağılması üçün təhlükə yaradan, nöqsanlar və zədələr (A kateqoriyası) olduqda, başqa sözlə birinci qrup həddi-hal vəziyyətləri üzrə tələblərin pozulmasının qarşısını almaq mümkün olmadığı və ya bu tələblərin pozulduğu hallarda isə bina və qurğular qəzalı sayılmalıdır.

İstismar üçün saxlanılan konstruksiyaların gücləndirilməsində və ya iş şəraitinin dəyişdirilməsində ən azı onların iş qabiliyyətləri təmin edilməlidir. Tələb olunan nəzarətin təmin edildiyi halda məhdud iş qabiliyyətli konstruksiyaların müayinə dövründən rekonstruksiya dövrünə qədər gücləndirilməməsinə yol verilir. Əgər 15 ildən az olmayan istismar müddətində konstruksiyalarda qüsur və zədələnmələr yaranmayıbsa və sonrakı istismar şəraitində yüklər və təsirlər dəyişmirsə, yaxud dəyişsə də əsas elementlərdə qüvvələrin artmasına səbəb olmursa əvvəlki illərdə qüvvədə olan normativ sənədlər, texniki şərtlər əsasında layihələndirilmiş konstruksiyalar üçün yoxlama hesablamalarının aparılmamasına yol verilir. Konstruksiyalar gücləndirilərkən gücləndirici element və konstruksiyaların mövcud konstruksiya ilə birgə işləməsinə müntəzəm qoşulmasını təmin edən konstruktiv həllər və istehsalat iş üsulları nəzərdə tutulmalıdır. Zəruri hallarda, qüvvələrin süni tənzimlənməsi və konstruksiyaların müvəqqəti olaraq yük təsirindən azad olunması üsullarından istifadə edilməlidir.

İnterpress.az