“Torqovı”da insan sümükləri tapıldıbackend

“Torqovı”da insan sümükləri tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində aparılan qazıntılar zamanı insan sümükləri aşkarlanıb. Aprelin 29-u saat 14 radələrində Səbail rayonu, Nizami küçəsi 64 ünvanının qarşısında (“Torqovı”adlanan məhəllə) su xəttinin təmir işləri zamanı fəhlələr insan sümükləri aşkarlayıblar. Təxminən 1 metr dərinlikdə aşkarlanan insan qalıqlarının bir neçə nəfərə məxsus olduğu üzə çıxıb.

Sümüklər qablaşdırılaraq ekspertizaya göndərilib.

İlkin məlumata görə, insan qalıqları üzərində zorakılıq əlamətləri olmayıb. Sümüklərin kimə məxsus olması, ölüm hadisəsinin səbəbi və digər suallara ekspertizanın rəyindən sonra aydınlıq gələcək. ( lent.az )

İnterpress.az