“Gülən Türkiyəyə Xomeyni kimi qayıdacaqdı”backend

“Gülən Türkiyəyə Xomeyni kimi qayıdacaqdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazir Gülənlə 2013-cü ildə Pensilvaniyada görüşüb.

Gülənlə görüşündən danışan Davutoğlu görüşdən o zamanlar baş nazir olan Rəcəb Tayyib Ərdoğanın da xəbərdar olduğunu bildirib: “Əlimizdə kəşfiyyat materilları var, hədəflərində nə olduğunu bilirdik. Son dəfə olaraq ona çağırış etdik. Firtınanın gəldiyini hiss edirdik. Türkiyəyə qayıtmasını istədik”.

Davutoğlunun sözlərinə görə, Gülən Türkiyəyə qayıtmaq təklifinə “İndi vaxtı deyil” deyə cavab verib: “Yəqin bu cavabı verəndə dekabrda olacaq hadisəni gözləyirmiş. Xomeyni İrana qayıtdığı kimi Gülən də Türkiyəyə qayıdacaqdı”.

İnterpress.az