Azərbaycan təşkilatının rəhbərinin “bassağlığını” polis araşdıracaqbackend

Azərbaycan təşkilatının rəhbərinin “bassağlığını” polis araşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumat Rusiyadakı Azərbaycan diasporunun nəzarətində olan mətbuat orqanlarında yayılıb.

Azərbaycan ictimaiyyətinə və diaspora ünvanlanan məktubu təşkilatın idarə heyətinin üzvləri imzalayıb. Bildirilib ki, bu barədə yayılan xəbərlər təşkilat sədrinin şərəf və ləyaqətinə, eləcə də təşkilatın işgüzar nüfuzuna böyük zərbə vurub: “Bu barədə xəbərlər mətbuatda yayıldığı zaman təşkilat rəhbəri Azərbaycanda səfərdə olub. Sübhan Əhədzadə Azərbaycanın əsl vətənpərvəridir.
Təşkilatın öz blankı var və bütün yazışmalar bu blanlarda aparılır. Erməni icmasına göndərilən məktub təşkilatın blankında yazılmayıb, orda təşkilata aid heç bir simvol yoxdur. Görünür kimsə bizdən “Azerros”un birləşdirici qurultayında iştirak etməyimizin heyfini alır”.

Təşkilat üzvləri məsələ ilə bağlı Tatarıstanın hüquq-mühafizə orqanlarına müraciət edib günahkarların tapılmasıın tələb ediblər.

Azərbaycan təşkilatının rəhbərinin “bassağlığını” polis araşdıracaq

İnterpress.az