İŞİD-ə böyük zərbə…backend

İŞİD-ə böyük zərbə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordu aviasiyanın dəstəyi ilə ölkənin 3 vilayətində əməliyyat aparıb. Ənbar, Səlahəddin və Bağdadda keçirilən əməliyyatlarda 100-ə yaxın İŞİD terrorçusu məhv edilib.

Məlumatda deyilir ki, İŞİD-in Bağdad ətrafında həyata keçirmək istədiyi teraktların da qarşısı alınıb. Belə ki, terrorçuların qoyduğu minalar zərərsizləşdirilib.

Qeyd edək ki, son aylar İŞİD üzərində hərbi üstünlük qazanan İraq ordusu işğal olunmuş əraziləri geri qaytarmaq üçün əməliyyatlara başlayıb.

İnterpress.az