DAK bəyanat yaydıbackend

DAK bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurultayda DAK İdarə Heyətinin üzvləri seçilmiş, eyni zamanda, konqresin həmsədləri, ölkə nümayəndəliklərinin rəhbərləri müəyyənləşmişdir. İsmayıl Ağayev əvvəlki kimi DAK-ın Azərbaycan nümayəndəliyinin başçısı təyin edilmişdir.

Qurultaya müəyyən səbəblərdən DAK- dan uzaqlaşmış bir sıra köhnə, təcrübəli DAK üzvləri də qatılmış və bu adda alternativ qurum yaratmağın milli işə xəyanət olduğu qeyd edilmişdir.

Belə düşümək olardı ki,belə uğurlu qurultaydan və Azərbaycan nümayəndəliyinin qurultaydan sonrakı dəyərli tədbirlərindən sonra bütün iddialara son qoyular. Təəssüf ki, belə olmadı və DAK- a aiddiyyəti olmayan adamların bu təşkilatın adından danışmaq hikkəsi davam etməkdədir.
Bu baxımdan Səftər Rəhimlinin DAK- ın Azərbaycan nümayəndəliyinin adından danışması və ya hansısa tədbir keçirməsi mövcud prosedurlara görə hüquqi cəhətdən yolverilməzdir. Çünki, Səftər Rəhimli xeyli müddətdir ki, DAK sıralarından xaric edilmişdir.
Nəzərinizə çatdırırıq ki, Əliyar Səfərli də DAK İdarə Heyətinin üzvü deyildir. O, vaxtilə DAK-ın Məşvərət Məclisində təmsil olunmuşdur. Eyni zamanda, vaxtilə təşkilata rəhbərlik etmiş Qulamrza Səbri Təbrizinin də uzun müddətdir DAK-da heç bir fəaliyyəti yoxdur. Ümumiyyətlə, DAK nizamnaməsində hüquqi baxımdan fəxri sədrlik deyilən bir struktur yoxdur. Bu adamların heç biri qurultayda iştirak etməmişlər.

Görünür ki, dünyada geniş əks-səda doğuran qurultayımız bəzi qüvvələrin narahatlığına səbəb olmuşdur. Ona görə də ictimai rəyi çaşdırmağa hesablanmış addımlar atırlar. Birləşmə ilə nəticələnən qurultayımızın qəbul edilmiş sənədlərindən və qərarlarından sonra hüquqi baxımdan heç bir statusu və DAK- a aidiyyəti olmayan şəxslərin bu addımı DAK- ı parçalamaq üçün illərlə aparılan anti-milli işin davamıdır. Bu yolla Azərbaycanın vahid, mütəşəkkil, güclü diaspor təşkilatına malik olmasını əngəlləməyə çalışırlar.

DAK olaraq bir daha bəyan edirik ki, İstanbulda keçirilən birlik qurultayında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya artıq heç bir alternativi olmayan Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçilmişlər. İsmayıl Ağayev də DAK-ın Azərbaycan Nümayəndəliyinin başçısıdır. Qurultayın iradəsinə qarşı atılan hər hansı bir adddım ictimaiyyət tərəfindən qətiyyətlə pislənilməlidir.

İnterpress.az