38 yaşlı kişi özünü yandırdı – Bakıdabackend

38 yaşlı kişi özünü yandırdı – Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayon Polis İdarəsi 10-cu polis bölməsindən verilən məlumata görə, hadisə saat 19 radələrində Müşviq qəsəbəsində, Yeni yaşayış massivində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1977-ci il təvəllüdlü Valeh İman oğlu İmanov yanıq xəsarətləri ilə Mərkəzi Yanıq Xəstəxanasına yerləşdirilib.

Araşdırmalar zamanı onun özü-özünü yandırdığı müəyyən olunub. Məlum olub ki, Valeh İmanov üzərinə benzin tökərək intihara cəhd edib.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az