Kembric hersoginyası dünyaya qız uşağı gətirdibackend

Kembric hersoginyası dünyaya qız uşağı gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, yeni doğulmuş uşaq, babası Şahzadə Charles, atası Şahzadə William və qardaşı Şahzadə George-un ardından taxt-taca dördüncü namizəddir.

Kembric hersoginyası Catherine, doğum sancıları başladığından bu səhər Londonun qərbindəki hospitala qəbul edilmişdi.

Catherine, 2013-cü il iyul ayında Şahzadə George-un doğulduğu St Mary’s Hospital- da yerləşdirilib.

Kensinqton sarayından bildiriblər ki, hospitala avtomobillə aparılmış Catherine-in “sancıları normal olub”.

Hersoginya, saraydan əri Şahzadə William-la çıxaraq hospitala gedib.

Rəsmilərin bildirdiyinə görə, hersoginya və şahzadə dünyaya gəlməmişdən öncə uşağın cinsini bilməyiblər.

Cümə axşamı keçirilmiş rəsmi görüşdə Şahzadə Charles bildirmişdi ki, o, hersoginyanın qız uşağı dünyaya gətirəcəyinə ümid edir.

Britaniya siyasətçiləri də yeni uşağın doulmasına münasibət bildiriblər.

Baş nazir David Cameron tvit edib: \”Hersoq və Kembric hersoginyasını qız uşaqlarının doğulması münasibətilə təbrik edirəm. Mən onlara görə çox şadam\”.

Baş nazirin müavini Nick Clegg isə yazıb ki, o və xanımı Miriam ailəyə \”ən yaxşısını arzu edir\”.

Leyboristlər partiyasının lideri Ed Miliband yazıb: \”Qızlarının olması münasibətilə hersoq və hersoginyanı təbrik edirəm. Onlara çoxlu xoşbəxtlik və sevinc – eyni zamanda ümid edirəm ki biraz yuxu! – arzulayıram\”.

İnterpress.az