Müsavatın rayon təşkilatları istefanı müzakirə edirbackend

Müsavatın rayon təşkilatları istefanı müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Vurğun Əyyubun Müsavat Partiyasından çıxarılmasından sonra yaranmış vəziyyəti şərh edən partiyanın Suraxanı rayon təşkilatını sədri Rövşən Dəmirli bildirib.

Rövşən Dəmirlinin sözlərinə görə, rayon təşkilatlarında istefalarla bağlı müzakirələr aparılır: “Yaxın zamanda qəbul edilən qərarlar ictimaiyyətə açıqlanacaq. Çox güman ki, mayın 5-də artıq bəzi qərarların şahidi olacağıq”.

Qeyd edək ki, Vurğun Əyyubun parlament seçkilərinə namizədliyi məhz partiyanın Suraxanı rayon təşkilatı tərəfindən irəli sürülmüşdü.

Elnarə
İnterpress.az