Saqqal bakteriya yuvasıdır- ARAŞDIRMAbackend

Saqqal bakteriya yuvasıdır- ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mikrobioloqların son araşdırması məhz bu təhlükələr barədə xəbərdar edir. Araşdırmanın nəticəsinə görə, saqqal hətta tualetdən daha çox bakteriya toplaya bilir.

Amerikadakı “Quest Diagnostics” şirkətinin nümayəndəsi doktor Con Golobik bildirib ki, bir çox könüllünün saqqalında bakterioloji araşdırma aparılıb.

Bəzi saqqallarda normal bakteriyalar tapıldığı halda, bəzilərində bakteriya hətta tualetdən də çox olub: “Mən təəccüblənən adam deyiləm. Amma bu nəticəyə çox təəccübləndim. Saqqal saxlayanlar onun təmizliyinə diqqət etməli, saqqallarını əlləri ilə oynatmamalı, bığlarını burmamalıdırlar”.

İnterpress.az