Ankarada müdafiə nazirlərinin görüşü keçirilirbackend

Ankarada müdafiə nazirlərinin görüşü keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze iştirak edirlər.

Qeyd edək ki, üç ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşündə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmlərinin müəyyən ediləcək.

Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.

İnterpress.az