DAK Arif Hacılı ilə bağlı xəbərə aydınlıq gətirdibackend

DAK Arif Hacılı ilə bağlı xəbərə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təşkilatın mətbuat xidməti bu barədə yayılan xəbərlərin yanlış və əsassız olduğunu vurğulayıb: “DAK – ın qurultayöncəsi hazırlığında adı ilk dəvət olunanlar siyahısında olan Müsavat başqanı Arif Hacılının qurultayda çıxış etməməsi texniki səbəbdən baş verib. Belə ki, protokol üzrə söz növbəsi çatan zaman Arif Hacılı təsadüfən konfrans zalında olmayıb və eyni zamanda sonradan çıxış etmək üçün əlavə istəklə də müraciət etməyib.

Qurultayda siyasi müxalifətin aparıcı simalarından İsa Qəmbərin, Pənah Hüseynin və digərlərinin iştirakı, çıxışları, fıkirlərini heç bir maneçilik olmadan rahat və əhatəli ifadə etmələri bu xəbərin yanlış və məntiqsiz olduğuna əyani bir misaldır”.

İnterpress.az