1200 metrdən yıxıldı, sağ qaldıbackend

1200 metrdən yıxıldı, sağ qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

39 yaşlı qadın saatda 50 kilometr sürətlə 1200 metr yüksəklikdən yerə çırpılıb. Lakin təcrübəli paraşütçü düşmə zamanı sürətini azalda bilib və möcüzəli şəkildə sağ qalıb. Ağır yaralanan Viktoriyanın qabırğası, körpücük sümüyü və ayağı sınıb. Bütün bunlara baxmayaraq 3 həftəlik müalicədən sonra qadın evə buraxılıb.

Amma hadisə araşdırılan zaman baş verənlərin bədbəxt hadisə olmadığı üzə çıxıb.

Belə ki, paraşütdə bəzi detalların çatışmadığı üzə çıxıb. Daha bir fakt isə o olub ki, paraşütlərin saxlandığı depoda bir gün əvvəl Viktoriyanın həyat yoldaşı onun əvəzinə imza atıb. Bundan sonra qadının əri həbs edilib. Viktoriya isə bütün yaşananlardan sonra vaxtilə orduda çavuş olan həyat yoldaşından boşanıb.

İnterpress.az