“Türkmənistan öz qazını Avropaya nəql etməkdə maraqlıdır”backend

“Türkmənistan öz qazını Avropaya nəql etməkdə maraqlıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “Caspian Energy Club”un təşkilatçılığı ilə keçirilən biznes forum çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, bu günlərdə Türkmənistanda Avropa İttifaqının təşəbbüsü ilə energetika nazirlərinin dördtərəfli görüş təşkil olunub.

“Bu görüşdən əvvəl təşkil olunan üçtərəfli görüşümüz bir nəticə verməyib. Keçən dəfə Brüsseldə təşkil olunmuş görüşdə Türkmənistan iştirak etməmişdi. Bu da tərəflər arasında soyuqluq yaratmışdı. Lakin bu dəfə baş tutan görüş Türkmənistanın fəallığı ilə baş tutub. Türkmənistan tərəfinin Xəzər və Trans-Xəzər layihələrində iştirakda maraqlı olduqlarını xüsusilə qeyd edib. Türkmənistan öz qazını Avropaya çatdırılmasında olduqca maraqlıdır. Amma bununla da bağlı bəzi məsələlər var ki, hələlik öz həllini tapmayıb”, – deyə nazir qeyd edib.

N. Əliyev vurğulayıb ki, bu fikir Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov tərəfindən də aydın səslənib: “O da bu siyasəti bəyəndiyini və bu siyasəti həyata keçirmək istədiyini vurğulayıb. Amma Trans-Xəzər boru kəmərinin kimin tərəfindən tikiləcəyi də sual altındadır. Türkmənistan tərəfi Avropaya 30 milyard ton qaz satmağa hazır olduğunu bəyan edir. Amma bu, yalnız fikir olaraq qalır. Çünki Trans-Xəzər boru kəməri hələlik yoxdur. Trans-Xəzər boru kəmərinin kimin tərəfindən tikiləcəyi və alıcısı da məlum deyil”.

İnterpress.az