Bakı-Sumqayıt qatarında gediş haqqı ilə bağlı açıqlamabackend

Bakı-Sumqayıt qatarında gediş haqqı ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

C.Qurbanov yeni qatarlarda qiymətin Tarif Şurası tərəfindən müəyyənləşdiriləcəyini bildirib.

“Biz yəqin ki, bəzi tariflərdə dəyişiklik edəcəyik. Bilirsiniz ki, sosial və VİP qiymətlər var. Plaskart vaqonlarda gediş haqqı sosial qiymətlərə aiddir və bu qiymətlər əhalinin əksəriyyəti üçün hesablanıb. Plaskart qiymətlərin isə dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulur. VİP vaqonlarda gediş haqqının isə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur”, – deyə C.Qurbanov bildirib.

C.Qurbanov əlavə edib ki, tariflər sərnişinlərin Sumqayıtdan Bakıya gəlmə vaxtı, avtobuslardan istifadə zamanı verilən gediş haqqı nəzərə alınmaqla müəyyənləşəcək və orta, nominal qiymətlər təyin olunacaq.

“Nəzərə alaq ki, bu qatarlar da əvvəlki qatarlar kimi deyil. Bu qatarlarda kondisionerlər, “wi-fi” və yüksək xidmət olacaq. Bundan əlavə, sərnişinlər 40 dəqiqəyə Bakıda, 28 Mayda olacaq. Dəmiryolu nəqliyyatında gediş haqqı digər nəqliyyat vasitələrindən həmişə ucuz olub, bu gün də belədir. Qiymətləri elə tənzimləyəcəyik ki, Bakı-Sumqayıt qatarında gediş haqqı vətəndaşların ziyanına olmayacaq”, – deyə C.Qurbanov vurğulayıb.

İnterpress.az