Azərbaycanda 95 markalı benzin istehsal olunacaqbackend

Azərbaycanda 95 markalı benzin istehsal olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

“Daxili tələbatı ödəmək üçün 2014-cü ilin aprelindən başlayaraq mövcud zavodlarımızın Aİ-92 markalı benzin istehsal etməsi ilə bağlı qərar qəbul olunub. Aİ-95 markalı benzinə olan tələbat isə yalnız idxal yolu ilə ödənilsin. Bu, həm də ekoloji mühitin nisbətən yaxşılaşmasına da xidmət edir. Çünki, bildiyiniz kimi, “Avro-5” benzin və “Avro-5” dizel yanacağı hal-hazırda dünya üzrə istehsal olunan ən təmiz yanacaqdır. Nəzərə alaraq ki, 95 markalı benzinin istifadəçiləri əsasən özəl şirkətlər və imkanlı vətəndaşlardır, bu, böyük sosial gəlirliliyə yol verir. Hazırda biz 92 markalı benzin istehsal edirik. Onun kütlə payı 95%-dir. “Aİ-95” markalı benzini həm bizim şirkət, həm də “Azpetrol” şirkəti gətirir”, – deyə D. Məmmədov bildirib.

Onun sözlərinə görə, 95 markalı benzinin istehsalı zavodun yenidənqurma planına əsasən həyata keçiriləcək.

İnterpress.az