SOCAR-ın etiraz bəyanatına səbəb olan məqalədən seçmələrbackend

SOCAR-ın etiraz bəyanatına səbəb olan məqalədən seçmələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məqalədə Konqresin 10 üzvünün gizli olaraq xarici dövlət tərəfindən maliyyələşdirildiyi bildirilib.

Məqalədə iddia olunub ki, SOCAR keçirdiyi konfransda Konqresin 10, nümayəndə heyətinin isə 32 üzvü iştirak edib. Bakıda keçirilən konfransda bütün xərcləri SOCAR ödəyib. Prezident Obamanın 3 keçmiş köməkçisi də təbdirdə çıxış edib.

Konqresmenlər və nümayəndə heyətinin əməkdaşları səyahət xərcləri, kələğayı, xrustal çay dəsti və 2500 – 10000 dəyərində olan Azərbaycan kilimini hədiyyə olaraq alıblar.

Konqresmenlər və onların həyat yoldaşlarının bəzi xərcləri üçün 112 899 dollarlıq səyahət fakturası kəsilib.

Millət vəkillərinin və bəzi digər konfrans iştirakçılarının həyat yoldaşlarının uçuş xərcləri 112 899 dollara bərabər olub.

Konqresin “Əxlaq davranışları” ofisinin hazırladığı hesabatın 70-ci səhifəsində SOCAR-ın Birləşmiş Ştatlarda yerləşən qeyri-kommerisya məqsədli şirkətlərə gizli şəkildə 750 000 dollar vəsait xərclədiyi vurğulanır. Eyni zamanda tədbir üçün xərclənən vəsaitin mənbəyi gizlədilib. Qəzetin yaydığı bu məlumatlar sözügedən ofis tərəfindən aparılan araşdırmaya əsaslanır.

Məlumatlara görə, qeyri-kommersiya şirkətləri Konqresi inandırmağa çalışıblar ki, tədbiri özləri maliyyələşdirir. Buna görə də yanlış məlumatlar verilib. Araşdırmalar “Əxlaq davranışları” Komitəsinin federal qanunları kobud şəkildə pozan tərəflərə qarşı yaratdığı təşviqat tədbirinə əsaslanır.

Qəzetin yazdığına görə, Konqresin müstəntiqləri millət vəkillərinin tədbirin xarici dəstəkçilər tərəfindən maliyyələşdirilməsindən xəbərdar olub-olmadığını müəyyənləşdirə bilməyib. Həmçinin millət vəkilləri səyahətin SOCAR vasitəsilə təşkil edilməsindən xəbərsiz olduqlarını bildiriblər. SOCAR millət vəkilləri üçün dəvətnamələri imzalayıb, viza sənədlərinin hazırlanmasına kömək edib, konfrans zamanı zalda yerləşdirilən SOCAR loqolu banner ve plakatların hazırlanmasına vəsait xərcləyib.

Sonradan konqresmenlərdən birinin verdiyi məlumata görə, tədbirdə iştirak edən hər kəsə xalça hədiyyə olunub. Onlar aldıqları hədiyyəni ictimaiyyətdən gizlətməyə çalısalar da, aralarından bir nəfər xalçanın qiymətinin 2500-3500 ABŞ dolları olduğunu bildirib və hədiyyəni dövlətə vermək istədiyini deyib.

SOCAR-ın etiraz bəyanatına səbəb olan məqalədən seçmələr

Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidməti bəyanat yayıb. “Biz “Washington Post” nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar ciddi narazalığımızı ifadə edirik” deyə bəyanatda bildirilir.

SOCAR bildirib ki, heç vaxt konfransdakı iştirakını gizlətməyib və məqalədə qeyd olunduğu kimi, SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunub: “SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmamışdır. Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər.

Biz təhqiqat ərzində tam əməkdaşlıq etmişik. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil. SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir”.

İnterpress.az