Azərbaycan-Vyetnam arasında sənədlər imzalandıbackend

Azərbaycan-Vyetnam arasında sənədlər imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SOCAR və Petrovietnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Vietnam Oil and Gas Group” şirkətinin prezidenti və baş direktoru Nquyev Quoc Xan imzalayıblar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Vyetnamın kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Vu Van Tap imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Vyetnamın maliyyə nazirinin müavini Do Hoanq Anh Tuan imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i isə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzalayıblar.

İnterpress.az