Ər tapmaq üçün cadugər yanına getdi, amma…backend

Ər tapmaq üçün cadugər yanına getdi, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, 3 ayın sonunda da nəticə almayan, yəni qızı ər, oğlu iş tapa bilməyən ana üçüncü dəfə falçının yanında gedib.
Falçı ona əməllərin nəticə vermədiyini deyən qadına “Bütün pis qüvvələrimi üzərinizə salacağam “deyərək təhdid edib.

Ana özü ilə uşaqları üzərində cadu olduğunu söyləyən falçıya qızının bəxtinin açılması, oğlunun da evlənib iş tapa bilməsi üçün min lirə ödəyib.

15 gün gözləyən qadın, vəziyyətlərində bir dəyişikliyin olmadığını görüb və təkrar falçının yanına gedib. Falçı qadına “Min lirəylə qismət aça bilmərəm. Həm sənin, həm də uşaqlarının üzərində cadu var. Bu cadu pozulmazsa, böyük çətinlik yaşayarsınız. Beş min lirə də ödəməlisən. Üç ay sonra işlər düzəlməzsə gəlib pulu alarsan” deyib. Qadın da falçıya əlavə olaraq 5 min lirə verib.

Birbaşa prokurorluğa

Üç ayın sonunda da qızının, oğlunun həyatında dəyişiklik olmadığını görən qadın falçının qapısını döyüb. Ancaq iddiaya görə falçı “Bütün pis güçlərimi üzərinizə salacağam” deyərək ananı təhdid edib. Xəyalları reallaşmadığı kimi təhqirə də məruz qalan ana vəkilin yolunu tutub. Falçıya 3 aydan az olmamaq şərti ilə həbs cəzası istəyi ilə iddia qaldırılıb. Çağırışlara baxmayaraq Anadolu 1-ci Ağır Cəza Məhkəməsindəki prosesə qatılmayan falçıya növbəti proses üçün çağırış vərəqəsi göndərilib.

İnterpress.az