Həkim telefonunu xəstənin qarnında unutdubackend

Həkim telefonunu xəstənin qarnında unutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, paytaxt Ammanda qeysəriyyə yolu ilə doğuş edən bir qadın ilginc iddia ilə çıxış edib. Qadın bildirib ki, əməliyyatı aparan həkim onun qarınında cib telefonunu unudub. Qadının hadisədən xəbər tutması da qəribə olub. Belə ki, telefon zənc çalıb və bu zaman qarnında titrəyiş hiss edən qadın məsələnin nə yerdə olduğunu anlayıb.

Xanan Mahmoud Abdul Karim adlı 36 yaşındakı qadının bu iddiası mətbuatda günlərlə müzakirə mövzusu olub.
4.8 kilo çəkidə oğlan usağı dünyaya gətirən qadın körpəsiylə evə döndükdən bir müddət sonra qarınında titrəmə hiss edib. Bu hadisə ilə birlikdə qadının qarınındakı sancılar da artıb.

Şəhərdəki bir dövlət xəstəxanasına aparılan qadının rentgeni çəkilincə 7 santimetrlik bir yad cisim aşkarlanıb. Dərhal əməliyyata aparılan qadının qarnından cib telefonu çıxdığı irəli sürülür.

Hadisəni iordaniyalı millət vəkili Salim Al-Bataynah bir məclisə də daşınışıb. Al-Bataynah 21-ci əsrdə belə bir səhvin qəbul edilə bilməyəcəyini ifadə edərək hökumətin istefasını istəyib.

İordaniya Səhiyyə Nazirliyi isə onlarda belə bir hadisəylə bağlı məlumat olmadığını qeyd edərək, olayın araşdırılacağını bildirib.

İnterpress.az