İyunun 6-dan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysi açılacaqbackend

İyunun 6-dan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysi açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətləri əsasında açılan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysini “Dniproavia” şirkəti həyata keçirəcək.

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev bildirib ki, yay mövsümündə belə bir təyyarə reysinin açılması vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.

Uçuşlar iyunun 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07.30-da Dnepropetrovsk şəhərindən, saat 14.10-da isə Bakıdan həyata keçirəcək.

Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən uçuşların sayını həftədə 2 dəfəyə qaldırmağı nəzərdə tutur. Dnepropetrovsk-Bakı aviareysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və aviabilet satışı ilə məşğul olan agentliklərə müraciət edə bilərlər.

İnterpress.az