ABŞ Marsa köçəcəkbackend

ABŞ Marsa köçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsabiqədə iştirak edənlər insanların qırmızı planetdə məskunlaşması üçün ən yaxşı ideyalarını təqdim etməlidirlər. Qaliblərə mükafat olaraq 5 min dollar veriləcək. Ümumi mükafat fondu isə 15 min dollardır.

Müsabiqə çərçivəsində NASA-nı ilk növbədə Marsda yaşayış – yemək, su, nəfəs almaq üçün hava, kommunikasiya və tibb üçün lazım olan texnologiyalar maraqlandırır. Müsabiqə iştirakçıları həmçinin insanların Yerdən asılılığını minimuma endirmək haqqında da düşünməlidirlər.

Qeyd edək ki, NASA-nin rəhbəri Çarlz Bolden mayın 5-də Vaşinqtonda keçirilən Beynəlxalq kosmik konfransda bildirib ki, amerikalı kosmonavtların Marsa ilk uçuşu 2030-cu ildə nəzərdə tutulub. Elə həmin gün kosmik agentlik bütün arzu edənlərə qırmızı planetdə məskunlaşma haqqında ideyaları ilə bölüşməyi də təklif edərək müsabiqə haqqınad məlumat verib.

İnterpress.az