Müsavat Partiyası bir günlük acliq aksiyası keçirəcəkbackend

Müsavat Partiyası bir günlük acliq aksiyası keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında partiyanın Divan üvü Razim Əmiraslanlı bildirib.

Razim Əmiraslanlının sözlərinə görə, qərar partiya başqanı Arif Hacılının bu gün müavinlərlə keçirdiyi iclasda qəbul edilib: “İclasda bir çox məsələlər müzakirə edilib. Xüsusilə partiyada “Siyasi məhbuslara azadlıq” şüarı ilə keçirilən aclıq aksiyası müzakirə olunub. Regionlardan aksiyaya dəstək nümayiş etdirmək istəyənlər var. Buna görə də sabah ümumrespublika dəstək aksiyası keçiriləcək”.

Elnarə Əlosmanqızı
İnterpress.az