Azərbaycan prezidenti Bokova ilə görüşdübackend

Azərbaycan prezidenti Bokova ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşdə UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək dəyərləndirildi. Forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı məmnunluqla qeyd edildi. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından Forumun əhəmiyyəti xüsusi vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

Bakıda \”Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq\” devizi altında 2015-ci ilin 18-19 may tarixində III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

İnterpress.az