DAK Avropa təmsilçiliyindən mühüm müraciətbackend

DAK Avropa təmsilçiliyindən mühüm müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Millətimizin ruh yüksəlişi əlindən alınmış bütün varlığının qayıtmasına bağlıdır.\” adlananan müraciətin obyekti əsasən Güney Azərbaycan gəncliyi olsa da, əslində bu müraciət 50 milyon üzərində olan bütün Azərbaycan türklərinə və ümumən dünya Türklüyünə ünvanlanıb. Müraciət bildirisində İran çempionluğunun bir addımlığında olan Təbrizin \”Traxtorsazi\” klubuna qarşı İran futbol rəsmilərinin iyrənc fəndgirliyindən və nəticədə final oyununda qələbənin müəmmalı bir şəkildə İsfahanın \”Sepahan\” klubuna qazandırılmasından bəhs olunur. İctimai- mədəni həyatın hər bir müstəvisində, hər bir sahəsində hər zaman bu kimi eybəcər təzyiq metodlari ilə qarşılaşan Güney Azərbaycan türklərinə çagırış olan bu müraciətin aktuallığını nəzərə alaraq mətni olduğu kimi təqdim edirik.

\”Millətimizin ruh yüksəlişi əlindən alınmış bütün varlığının qayıtmasına bağlıdır\”
Cümə günü 2015, 15 may tarixində bir daha yeni bir \”əxlaq\” dərsı ortaya qoyuldu. Təbrizin Səhənd futbol stadionunda İran adlanan ölkənin futbol çempionatında birincilik uğrunda keçirilən son həlledici görüşdə farsçı rasizm inanılmaz bir tərz ilə kuboku Azərbaycanın \”Traxtorsazi\” klubunun əlindən qaparaq Farsistana göndərdi.
Sözsüz ki, idman insanların əyləncə vasitələrindən biri sayılır. Siyasətlə idman iç-içə girincə, bu gözəl əyləncə motivi çirkinləşərək öz tərsinə dönüşür. Dünən Təbrizlilərlə yanaşı on milyonlarla türk bunu öz gözləri ilə gördü və bu mənfur olayın ağrısını acı çəkən ürəyində duydu. İranda hakim fars faşizminin anti bəşəri siması bir daha açıq-aşkar önə çıxmış oldu.
Olay necə baş verdi;
1) Oyunun 60-ci dəqiqəsində Traxtor rəqibi Tehranın Neft komandası qarşısında 3-1 hesabı ilə üstünlük əldə etdi. Yəni bu andan artıq çempion sayılırdı.
2) Traxtorun 3-cü qolundan dərhal sonra hakim əsassız bir bəhanə ilə komandanın ən təsirli oyunçusunu oyundan kənar etdi. Traxtor oyunda 10 nəfərlik heyətlə qaldı.
3) Traxtorun hücümda olan oyunçusu rəqib qapıçısıyla təkbətək olan bir məqamda rəqib komandanın oyunçusu Traxtor hücumçusunu arxadan tutaraq paltarını əynindən siyirdi. Tam penal və oyundan xaric bir vəziyyətdə hakim şortu əynindən siyrilmiş Traxtor oyunçusuna görə təyin olunmalı penaldan vaz keçdi və bir idman olaraq futbolun qaydasını və şərtlərini pozmuş oldu.

4) Eyni zamanda Səhənd stadionunda İsfahanda Sepahan- Saypa görüşü 2-2 hesabı ilə bitdi!” xəbəri sızdırıldı. Görənlərin dediyinə görə ( faktı rəqib komandanın məşqçisi də təsdiq edir) Tehrandan göndərilmiş rəsmi aparıcı bu yalan xəbəri yayır. Bu xəbərdən sonra arxayınlaşan məşqçi komandaya mövcud hesabı qorumaq şərtilə müdafiəyə üstünlük verməyi tövsiyyə edir.
5) Oyunun sonuna 8 qəqiqə qalmış stadionun bütün internet və əlaqə vasitələri kəsilir və kimsənin İsfahandan doğru xəbər almasına izin verilmir.
6) Stadionun rəsmi efirindən Traxtorun çempion olması barədə kubok təqdimatı olacağı elan edilir.

7) Oyun bərabər hesabla bitincə çempionluq şənliyi başlanır və bu anda internet və informasiya əlaqəsinin yenidən açılmasıyla İsfahanın “Sepahan” komandasınının çempion olması xəbəri internet vasitəsilə yayılır. Səhənd stadionunda Traxtor-Neft görüşü ilə eyni vaxtda İsfahanda paralel keçirilən Sepahan-Saypa oyunun 2-2 hesabla nəticələnməsi haqda yayılmış xəbərin yalan olduğu ortaya çıxır və Sepahanın oyunu 2-0 hesabi ilə udaraq 1 xal üstünlük ilə Traxtoru ikinciliyə salması bəlli olur.

8) Traxtor-Neft qarşılaşmasında rəqib komandanın 60- cı dəqiqədən sonra iki qol vurması ilə hesabın 3-3-ə bərabərləşdirilməsi İsfahanın Sepahan komandasının çempion olmasına səbəb olur.
9) Bir an içində millətin şənliyi yasa çevrilir. Bir çoxlarının ürəyi dayanır, hətta soydaşlarımızdan biri ürək infaktından həyatıyla vidalaşır. Bu olay stadionda sayı yüz mini keçən, oyunu canlı seyr edən Azərbaycan türkünün və oyunu digər vasitələr ilə izləmiş on milyonlarla türkün göz yaşına çevrilir.
10) Öncədən düşünülmüş təxribatın müəllifi olan rəsmi idarəçilər isə səfərbərlikdə olan polis və digər təhlükəsizlik qüvvələri ilə stadionu doldurur.
Bu qədər bəsit və sadə! İki il öncə Təbrizin Şəhrdarı komandasının böyük bir inamla Futbol Liqasının birinciliyindən çempion olaraq Super Liqaya yüksəlməsinin qarşısını alan, ikinci Liqaya düşürən farsçı futbol mafiyası bu dəfə də Traxtorun \”başını kəsdi\”.
Bu utanc verici ayrı seçkiliyin baş aktyorları kimlər idilər?
1) İran adlanan dövlət sisteminin içində yoğunlaşan “farsçı futbol mafiyası”nın öndə gedən siyasilərinin bir başa təlimatı oldu.
2) Mafiyaya başçılıq edən İsfahanlı rəsmilərin bu çirkin oyunda böyük rolu oldu.
3) Digər amil isə, \”Traxtor-Sazı\” klubunun etirazlarına rəğmən, İsfahanın Sepahan komandasının yüksəldilməsində ən çox payı olan satılmış birisinin hakim təyin edilməsi idi ki, bu da “oyun içində oyun var” şübhəsini gerçəyə çevirdi.
4) Yerli Azərbaycanlı futbol rəhbərlərinin Tehran futbol mafiyası qarşısında“bəli qurban-bəli başüstə yaltaqlığı, onların dediklərini qeydi-şərtsiz qəbul etməyi Traxtora hər zaman olduğu kimi bu dəfə də uğursuz nəticə verdi.
5) Komandanın müdafiədə olan iki oyunçusu öncəki oyunda şübhəli bir şəkildə səbəbsiz olaraq sarı kartla oyundan kənarlaşdırılmışdı, beləliklə başqa bir milli oyunçunun da yaralanması səbəbiylə üç əsas müdafiə oyunçusu oyuna buraxılmamışdı.
6) Traxtorun baş bəlası olan inanılmaz gücsüz qapıçısının da bu oyunda qolların qapıdan buraxılmasında rolu oldu.
7) Komandanın 10 nəfər qalmasından sonra məşqçinin yalnış oyunçu dəyişmə taktikası da sonuc üçün təsirsiz olmadı.
8) Rəqib komandanın çempion olması üçün mütləq qalibiyyəti gərəkirdi. Bu səbəbdən 10 nəfərlik oyunçu heyəti ilə qalan Traxtor üzərinə gəlməsi təsirli oldu.
9) İran Futbol mafiyasının rəsmi nümayəndəsinin Traxtor klubuna yaxınlaşaraq “siz çempion oldunuz!”, “Sepahan-Saypa oyunu bərabər bitdi!” deməsi ilə Traxtorun hücüm meyli azaldı.
10) Həmin yalanın ardından stadionun bütün internet və əlaqə şəbəkəsi kəsdirildi. Məşqçi, oyunçulara hesabı qorumaq, hücuma keçməməklə oyunu idarə etmək əmrini verdi.
Millətimiz qarşısında dayanan yeni təcrübələr
A) İstəsək də, istəməsək də Tehran rejiminin zülmünə, namərdcə davranışlarına şahid olacağıq. Türk-Fars sıraları əzəldən bu günə, bu gündən isə əbədə qədər bir-birindən ayrıdır. Bunu hər an ağlımızın ucundan qaçırmamalıyıq. Şərəfimiz türklüyümüzsə, farslara inanmağımız şərəfimizə xəyanətimizdir!
B) Hər keçən gün dünyada örnəyi görülməyən zehni xəstəliklərlə üz-üzə gəlirik. Üzləşdiyimiz çeşidli ssenarilər hamısı mərkəzi farsçı paniranizmin beyin orqanlarına aiddir. Bu orqanları kəsib atmaqdan başqa yolumuz yoxdur. İnsanlığa qarşı yetişdirilən bu beyinin sağalma ehtimalı yoxdur. Nə yazıq ki, bu virusun Azərbaycan türk millətinə yayılması hələ də davam et- məkdədir. Türkçülük antivirusu bu xəstəliyə qarşı ən doğru antivirusdur! Traxtorun çempionluğu mümkün olsa idi belə, bu fərəh, bu qələbə də keçicidir. Gözəl olan düşüncədə, özgürlükdə, bağımsızlıqda, milli inadda çempion olmaqdır!

C) Ürək istər ki, “keçmiş olsun!” sözünü dilə gətirək… Ancaq, nəyimizə keçmiş olsun!? Niyə keçmiş olsun!? Hansı acımız, hansı sorunumuz bir futbol çempionluğu ilə keçəcəkmiş!?

Bu çempionluqla Urmu gölümüzün bağrı yenidən şənlənəcəkdimi?

Dilimizin paslı qıfılı açılacaqdımı?

Farslıq zəhərilə qurumaqda olan ana kökümüz yenidən canlanacaqdımı?
Can Azərbaycanımızın parçalanmış namusu özgələrdən təmizlənəcəkdimi?
Yoxsa, min bir gecə nağılına çevrilmiş kimlik hekayəmizdə xoş sonuc bulunacaqdımı?
Və ya “arpa ya cov deyənin filan-filanına…!”deyib hayqıran Səttarxan qeyrətimiz oyanacaqdımı?
D) Göründüyü kimi dərdlərimizin bir futbol çempionluğuna sığması mümkün deyil! Millətimizin ruh yüksəlişi əldən alınmış bütün varlığının qayıtmasına bağlıdır. İki gün milli sevgimizlə Traxtor üzərində oynalınan çirkinliklərə qarşı ağladıq və kövrək-kövrək bir birimizin üzünə baxdıq! Artıq gözyaşları silinib düşmənə qarşı sürəkli mübarizəyə keçmə zamanıdır.Bu olayda Təbrizlə birlikdə 50 milyonluq Azərbaycan türkü və on milyonlarca türk insanı kədərdən ağladı. Fars rasizminin çirkin düşmənçiliyi bir daha insanlığın bağrını dəldi. Təbriz olayları bəşəriyyətin fars rasizminə qarşı olan tədirginliyini artırdı! Güneyin özgürlükdən başqa yolunun olmadığının səbəbləri aydıncasına göründü. Sizcə bundan böyük zəfər ola bilərdimi?

Sevimli gəncliyimiz!

Panfarsizmin bütün çalışması Sizi ruhdan salmaqdır. Düşmənin bu tuzağına düşməmək gərəkir. Biz çağdaş, laik, öncül, demokratiya və inkişafa qoşan bir millətik. İdman bizim üçün toplum kültürüdür. Toplumçu millətlərin dünya görüşündə, başqa millətlərə qarşı antibəşəri assimilyasiya siyasətinin yeri yoxdur. Ancaq, bunlara baxmayaraq insanlığa zidd olan geriçi zehniyyətin hakim olduğu bir bölgənin tam ortasında uğraşıb dururuq. Tehran farsçı-şiiə rejiminin iş başına gəlməsilə Ortadoğu gerçək bir cəhənnəmə çevrilmişdir. Bu rejim var olduqca bizim kimi toplumçu millətlərin hər günü atəşlər içində keçəcəkdir. Bu üzdən qarşımızda çox böyük bir mücadilə dayanır. İçimizdə yaşatdığımız arzuların çin olması üçün təkcə futbolda deyil, yaşamaq uğrundakı mübarizədə də əsl çempion millətə çevrilmək üçün uğrunda can və qan verəcəyimiz, kəskin bir milli savaşa hazır olmaq gərəkir. Bu isə, bütün farsçı özül daşların ovulmasıyla başlanmalıdır. Geriçi fars-şiə zehniyyəti qarşısında bilimsəllik, yalanlardan uzaq olmaq, doğru düşünmək ilk silahımızdır. Biz tam-tamına təmiz türklərik. Azəri kimi qondarma adlarla bizi türklüyümüzdən ayırmağa çalışan panfarsizmə imkan verməmək gərəkdir. Milli davamızın ilk addımını düzgün atsaq, ardı-ardına bağımsızlığa qoşacağımız yolun önü kəsilə blməyəcəkdir. Tehran rasizminin Azərbaycanda yaydığı ən aldadıcı stratejisi “iranilik” və “şiiəlilik” teorisidir. Bu teorinin özül daşı, farsçı-şiiəçi ideologiyadır. Halbuki, türklüyün yaşam fəlsəfəsi azad insan üzərinə qurulmuşdur. Azərbaycan türklüyü bu yabançı teoridən qurtulan zaman köləlikdən də qurtaracaqdır.
Yaşasın Azərbaycan, yaşasın Traxtor!\”
DAK Avropa Təmsilçiliyi.

2015-05-16
DAK Mətbuat və İnformaiya Xidməti

İnterpress.az