Baş prokuror: “Yanğında 4 nəfər ölüb”backend

Baş prokuror: “Yanğında 4 nəfər ölüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib. Zakir Qaralov bildirib ki, yanğınsöndürənlərin arasında da xəsarət alanlar var.

Qeyd edək ki, Azərbaycanın daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və baş prokurorun müavini Rüstəm Usubov yanğın baş verən ərazidədir. Həmçinin, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və daxili işlər nazirinin müavini Oruc Zalov yanğın baş verən ərazidədir.

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

İnterpress.az