Ölümə aparan 10 davranışbackend

Ölümə aparan 10 davranış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ABŞ-da 3 yetkin insandan biri infarkt riski daşıyır. Buna səbəb isə doğru olmayan həyat tərzi, qidalanmadır. Mütəxəssislər ürəyi çətin vəziyyətə salaraq infarktı tezləşdirən davranışları təqdim edib.

1.Televizor qarşısında çox vaxt keçirmək. Saatlarla televizor izləmək infarkt və iflic riskini artırır.

2.Depresiyanı ciddiyə almamaq. Bu, insan ölümünə yol aça bilən ciddi amildir. Buna görə də depresiyaya düşdüyünüz zaman yaxınlarınızla dərdinizi bölüşməyə çalışın.

3.Xoruldamaq. Bu, yuxu pozğunluğunun siqnalı olaraq sonda infarkta qədər apara bilər.

4.Dişləri fırçalamağı unutmaq. Diş əti xəstəlikləri ilə ürək problemləri arasında birbaşa bağlantı hələlik aşkar edilməyib. Bununla belə mütəxəssislər dişlərin təmizliyinin unudulması nəticəsində bakteriyaların artıdığını və bunun da damarların funksiyalarına mənfi təsir etdiyini bildirir. Beləliklə də orqanizmdə iltihab başlayar. Bu isə sonucda infarkta qədər apara bilər.

5.Tək yaşamaq. Əlbəttə, bu o demək deyil ki, bütün tək yaşayan insanlar infarkt təhlükəsi ilə üz-üzədir. Sadəcə tək yaşamaq hər şeydən və hamıdan təcrid olunmaq anlamına gəlməz. Tez-tez yaxınlarınızla, sevdiyniz insanla, uşaqlarla təmasda olub vaxt keçirməlisiniz.

6.Həddindən artıq çox idman etmək. Bu, orqanizmin daha çox yüklənməsinə səbəb olur. Nəticədə ürək davam gətirmir.

7.Həddindən artıq spirtli içkidən istifadə. Spirtli içki yüksək təzyiqə, təzyiq isə infarkta yol aça bilər. Spirtli içki həmçinin qandakı yağ miqdarını artırdığına görə ürək dayanmasının da səbəblərindn biri olur.

8.Çox yemək. Amerikada ürək xəstəliklərindən əziyyət çəkənlərin 72 faizi piylənməyə məruz qalan xəstələrdir.

9.Qırmızı ət yemək. Doymuş yağların həddindən artıq çox olduğu qırmızı ət süfrəmizin bəzəyi olsa da, ondan imtina etmək vaxtı çatıb.

10.Meyvə və tərəvəzdən istifadə etməmək. Həkimlərin pəhriz menyularında meyvə-tərəvəzin xüsusi yeri var. Gündə 5 dəfə meyvə-tərəvəz yeyənlərdə infark riski digərlərinə nisbətən 20 fazi azdır.

İnterpress.az