“Yanğına məruz qalmış bina tezliklə təmir ediləcək, insanlara lazımi əşyalar veriləcək, mebel alınacaq”backend

“Yanğına məruz qalmış bina tezliklə təmir ediləcək, insanlara lazımi əşyalar veriləcək, mebel alınacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabinetinə göstəriş verilib ki, qısa müddətdə həmin insanlara veriləcək maddi dəstəyin həcmini müəyyən etsin

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib. O bildirib ki, yanğına məruz qalmış bina tezliklə dövlət hesabına təmir edilməlidir: “İnsanlara lazımi əşyalar veriləcək, mebel alınacaq. Bütün bunları dövlət öz üzərinə götürür. Bu, bir daha Azərbaycan dövlətinin öz vətəndaşlarına qayğısının təzahürüdür. Bina tezliklə təmir olunmalı, insanlar o binaya qayıtmalıdırlar: Əlbəttə, binanın yanğından sonra dayanıqlılığı təsbit edilməlidir və bütün bu işlər maksimum qısa müddət ərzində görülməlidir”.

Prezident İlham Əliyev bir daha xatırladıb ki, bu, birinci hal deyil: “Əslində Xətaidə birinci yanğın baş verəndən sonra bu tədbirlər görülməli idi, mən müvafiq göstərişlər vermişdim. Çünki Xətai rayonundakı bina da çox qısa müddət ərzində alovlanıb yanmışdı. Bu dəfə də oxşar hadisə baş verdi. Baxmayaraq ki, xilasedicilər, yanğınsöndürmə maşınları, təcili tibbi xidmət dərhal hadisə yerinə gəlib, ancaq görüntülər də var, bina qısa müddət ərzində yanıb. Hər kəs nəticə çıxarmalı, hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.

İnterpress.az