Gürcü nazir Zakir Həsənova başsağlığı verdibackend

Gürcü nazir Zakir Həsənova başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcü nazir mayın 19-da Bakıda baş verən faciə ilə bağlı həmkarı, general-polkovnik Zakir Həsənova başsağlığı verib.

Nazir Zakir Həsənov gürcü həmkarını müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Hər iki nazir Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri və qurumları arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Nazirlər həmçinin, Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatı haqqında da danışıblar.

Sonda Gürcüstanın müdafiə naziri Zakir Həsənovu 26-28 iyunda Batumidə keçiriləcək təhlükəsizlik məsələlərinə dair konfransa dəvət edib. Zakir Həsənov dəvəti qəbul edib.

Azərbaycanlı nazir isə gürcü həmkarını Bakıda keçiriləcək Birinci Avropa Oyunlarını izləməyə dəvət edib.

İnterpress.az