Dövlət qulluqçularının maaşı açıqlandıbackend

Dövlət qulluqçularının maaşı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qulluqçularının 3,8 faizi inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76,5 faizi 4-7-ci təsnifatları üzrə və 19,7 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, dövlət qulluqçularının 8,7 faizi 1 ilə qədər, 26,9 faizi 1 ildən 5 ilə qədər, 22 faizi 5 ildən 10 ilə qədər, 16 faizi 10 ildən 15 ilə qədər, 26,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 16,7 faiz, 30-34 yaşda 14,5 faiz, 35-44 yaşda 22,3 faiz, 45-54 yaşda 25,8 faiz, 55-62 yaşda 16,9 faiz, 63 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 3,8 faizini təşkil edib.

4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,3 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 10,7 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,5 faizini baş məsləhətçilər, 4,7 faizini böyük məsləhətçilər, 12,7 faizini aparıcı məsləhətçilər və 20,7 faizini məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,6 faiz komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2014-cü ildə 617,6 manat təşkil edib.

İnterpress.az