Məşəl Şəkidəbackend

Məşəl Şəkidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl ölkənin şimal-qərb bölgəsinə səyahəti çərçivəsində mayın 25-i Oğuz rayonundan sonra axşam saat 19:30 rədlərində Şəki rayonuna aparılıb. Mərasimi izləmək üçün minlərlə sakin əllərində üç rəngli bayrağımız və gül-çiçəklərlə küçələrə axışıb.

Avropa Oyunları Məşəli Şəki şəhərinin dünya əhəmiyyətli abidəsi olan Xan Sarayından start götürüb. Burada məşəli teleaparıcı Sədaqət Məmmədzadə qəbul edib. Daha sonra Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət edən məşəl 12-ci məşəlçinin iştirakı ilə ümumilikdə 2200 metr məsafə qət etməklə Şəkinin mərkəzinə gətirilib. Sonuncu məşəlçi Respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq səyahət çırağını alovlandırıb. Səhnədə yandırılan çıraq Birinci Avropa oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev mərkəzinə təhvil verilib.

Məşəl estafetinin sonunda Alov Festivalı nümayiş etdirilib. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı minlərlə sakinin marağına səbəb olub. (apa)

İnterpress.az