Tovuza güclü dolu yağıbbackend

Tovuza güclü dolu yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dolu əsasən rayonun Böyük Qışlaq, Catax, Qandallar, Həsənli, Kazımlı kəndlərində fəsadlar törədib. Təxminən 15 dəqiqə yağan dolu yerdə 6-7 sm qalınlığında örtük yaradıb. Böyük Qışlaq kənd icra nümayəndəsi Vilayət Həsənov bildirib ki, dolu bu kəndlərdə təsərrüfata ciddi ziyan vurub. Onun sözlərinə görə kartof, qarğıdalı, tərəvəz əkinləri buz qırıqlarının altında qalaraq yararsız hala düşüb. Bundan başqa, dolu meyvə ağaclarına da ziyan vurub. V. Həsənov bildirib ki, dolu kəndlərdə təxminən 200-ə yaxın evin dam örtüyünü sıradan çıxarıb. Güclü küləklə müşahidə olunan doludan sonra yağış yağıb və nəticədə Qandallar kəndin ərazisindən axan çayın üzərindəki kiçik körpü uçub, iki evə isə su dolub.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları fəlakət olan kəndlərdə ziyanın aradan qaldırılması istiqamətində iş aparırlar, dəymiş ziyan müəyyənləşdirilir.

İnterpress.az