Qızları döyən İsa Əzizov haqqında rəsmi açıqlamabackend

Qızları döyən İsa Əzizov haqqında rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Kikboksinq federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovun verdiyi acıqlamasında onun Əzizovun kikboksçu olmağı tam inkar olunur: “Bizim idmançılarımız arasında heç bir vaxt İsa Əzizov adında bir adam olmayıb və kikboksinq yarışlarında nə yeniyetmələr, nə gənclər, nə də böyüklər arasında bu oğlana rast gələ bilmərsiniz. Mən bilmirəm, onun kikboksçu olması məlumatı haradan və kim tərəfindən yayılıb, amma rəsmən bəyan edirəm ki, belə bir kikboksçumuz heç vaxt olmayıb! Ümiyyətlə, kikbokçularımız belə nalayiq hərəkətlərə heç zaman yol verməzlər və mən çox məyusam ki, bu hadisə baş verəndən bu şəxsi bizim adımıza yazırlar”.

Oxucularımızın nəzirnə çatdıraq ki, ATV.az-ın əldə etdiyi məlumata əsasən, İsa Əzizov nəinki hansısa bir idman növündə çempion, hətta ümumiyyətlə, heç bir əlbəyaxa idman növlərində peşəkar olmayıb. Ümumiyyətlə, səhhəti ona peşəkar idmanla məşğul olmağına imkan vermir. O, idman zallarına ancaq “əzələ yığmağa” gedib.

İnterpress.az