Ərizə qəbulunun vaxtı uzadıldıbackend

Ərizə qəbulunun vaxtı uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında orta məktəblərin 9-cu sinfini 2013-cü, 2014-cü və 2015-ci illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla iyunun 1-i saat 23:59-dək özləri təsdiq edə bilərlər.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

9-cu sinfi 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə iyunun 1-i saat 17-dək SQK-larda təsdiq elətdirə bilərlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək TQDK-nın Bakı ş., M.Müşfiq küç., 1m ünvanında yerləşən inzibati binasında və Gəncə, Lənkəran, Şəki, Şirvan, Göyçay, Ağcabədi, Xaçmaz şəhərlərində və Naxçıvan MR yerləşən regional bölmələrində fəaliyyət göstərir.

Qeyd edək ki, ərizə qəbulu haqqında elan, qəbul aparılan kolleclərin və ixtisasların siyahısı və digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunub.

İnterpress.az