Ən yaşlı əkiz bacılar öldübackend

Ən yaşlı əkiz bacılar öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

103 yaşlı Devis və Tomas həyatdan bir-birindən bir ay fərqlə köçüblər.

Əkizlər 1911-ci ildə doğulmuşdular, iki dünya müharibəsinin, vətəndaş hüquqlarının, texnologiyanın və nəqliyyatın inkişafının şahidi olublar. Baçılar qonşuluqda yaşayırdılar və heç vaxt Cənubi Uelsdəki Abertridur kəndini tərk etməmişdilər.

Devis və Tomas bir-birinə evlərinin mətbəxindən açılan qapıdan keçərək qonaq gedərdilər. Tomas aprelin 23-də, Devis isə mayın 20-də vəfat edib. “Onlar sadən həyat sürüblər, heç vaxt xaricə getməyiblər, özlərini bir yerdə həmişə xoşbəxt hesab ediblər”, – Tomasın 65 yaşlı qızı Qvenda Steysi deyib.

Tomasın bir qızı, 3 nəvəsi, 9 nəticəsi və bir kötüxəsi, Devisin isə 3 uşağı, 9 nəvəsi, 12 nəticəsi var. Hər iki bacı ərləri ilə yaşayıblar.

İnterpress.az