AXCP-nin təşkilat sədri: “Boykot tərəfdarı deyiləm”backend

AXCP-nin təşkilat sədri: “Boykot tərəfdarı deyiləm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında AXCP Təşkilat Şöbəsinin sədri Rafiq Daşdəmirli bildirib.

Rafiq Daşdəmirlinin sözlərinə görə, partiyanın 1-ci Avropa Oyunları ilə bağlı ümumi rəyinə əsasən bəyanat da qəbul edilə bilər: “Ancaq müzakirələr aparılmamış bu barədə fikir söyləmək olmaz. Ölkəmizə çox sayda müdia nümayəndələri, idmançılar gələcək. Ölkədəki vəziyyəti çatdırmaq üçün yaxşı fürsətdir. Ancaq şəxsən mən oyunların baykot edilməsi tərəfdarı deyiləm. Bununla belə partiyanın yekun qərarı müzakirələrdən asılı olacaq”.

Qeyd edək ki, iyunun 3-də Müsavat Partiyası Avropa liderlərini oyunları boykot etməyə çağıran bəyanat yayıb.

Elnarə Kərimova
İnterpress.az