Abbas Abbasov ətrafına gəncləri toplayırbackend

Abbas Abbasov ətrafına gəncləri toplayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumat təşkilatın hələ də Abbas Abbasovun nəzarətində olan saytında yerləşdirilib.

Görüşdə Rusiyada təhsil alan tələbələr, Azərbaycan icmasının gənc üzvləri, idmançılar iştirak edib.

“AzərRos”un prezidenti kimi təqdim edilən Mehriban Sadıqova və Ağsaqqallar Şurasının sədri Ağadadaş Kərimovun da iştirak etdiyi görüşdə gənclərin problemləri və onların həlli yolları müzakirə edilib.

Abbas Abbasov gəncləri ana dilinə, mədəniyyətinə, adət-ənənəsinə bağlı olmağa çağıraraq “Azərbaycanın müstəqil dövlət olması ilə fəxr edin. Bir neçə gündən sonra Azərbaycanda 1-ci Avropa Oyunları keçiriləcək, ölkəmiz özünü bütün dünyaya tanıdacaq” deyə vurğulayıb.

“AzərRos”un son qurultayında təkrar sədr seçilmiş Söyün Sadıkov isə İnterpress.az-a bildirib ki, ezamiyyətdə olduğuna görə bu görüşdən məlumatı olmayıb.

Elnarə KƏRİMOVA
İnterpress.az