Əli Həsənov media rəhbərləri ilə görüş keçiribbackend

Əli Həsənov media rəhbərləri ilə görüş keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Həsənov çıxışında bildirib ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə tarixində önəmli səhifədir:

\”Bu, Azərbaycan tarixinə yazılacaq hadisədir. Kimin necə münasibət göstərməsindən asılı olmayaraq, bu, Azərbaycanın tarixinə yazılacaq, çünki münasibətlər keçicidir\”.

Prezidentin köməkçisi ölkə başçısının mətbuatın 140 illik yubileyi ilə bağlı verdiyi sərəncama toxunub və bu sərəncamın prezidentin mətbuata, junalistikaya verdiyi dəyər kimi qiymətləndirib.

Daha sonra Əflatun Amaşov prezidentin mətbuatla bağlı verdiyi son sərəncamın digərlərindən əhatəliliyinə və qarşıya qoyulan tapşırıqlara görə fərqlənəcəyini deyib.

KİVDF sədri Vüqar Səfərli isə 144 jurnalistin mükafatlandırılacağını bildirib.

***

Əli Həsənov bildirib ki, jurnalistlərə veriləcək fəxri adlar, orden və medalların verilməsi zamanı müəyyən standartlar olacaq: \”Belə ki,tərəqqqi medalı almaq üçün azı 10 il media sahəsində fasiləsiz çalışılmalı, əməkdar jurnalist adı üçün 15 illik stajı olmalıdır. Lakin yenə də say çox olduğu üçün həmin şəxslərin seçilməsi media kapitanlarına və onların şəffaf seçiminə həvalə ediləcək\”.

Əli Həsənov mükafatlandırma meyarlarına gəlincə bildirib ki, hər redaksiya mümkün qədər az jurnalistin adını Mətbuat Şurasına təqdim edərsə, bu seçimi də asanlaşdırar: \”Təbii ki, seçim zamanı mətbu orqanın və jurnalistlərin adının daxil olduğu qara siyahıya baxılacaq\”.

***

Əli Həsənov daha sonra \”Facebook\”da jurnalistləri və siyasətçiləri təhqir edən səhifələrlə bağlı çıxış edib: \”Bəzi saytlar var ki insanlar ehtiyacı olduğu üçün ora girir, lakin sonra hara girdiklərini unudurlar. Düşünün ki, bunlar da belə saytlardandır\”.

***

Əli Həsənov Azərbaycanı söz azadlığına görə tənqid edən ölkələri, 5 ci kolon adlanan Qeyri-Hökumət Təşkilatları vasitəsilə ölkəmizi təhdid etdiklərini deyib və bu yaxınlarda Britaniya kral ailəsinin \”Guardian\” qəzetinə kral ailəsinin şəkillərini çəkməsi ilə bağlı qoyduğu qadağadan bəhs edib.

Bizdə prezidentin ailəsi ilə bağlı xəbərləri məhkəmə yolu ilə belə qadağan etsək, özünüz bilirsiniz də nə baş verər.

İnterpress.az