İnsan robota qarşı – VİDEObackend

İnsan robota qarşı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlardan biri yapon cəmiyyətində qədim samuray ənənələrini qoruyan, adı “Ginnesin rekordlar kitabı”na düşmüş İsao Maçii, digəri isə Yaponiyanın yüksək texnologiyaları əsasında yaradılmış Yaskava Motoman MH-24 adlı robot olub.

İsao Maçii “Ginnesin rekordlar kitabı”nda katana üzrə beş rekordun sahibidir. O, taxta lövhələrin bölünməsi üzrə ən yüksək sürət – saatda 300 kilometr göstərib və 36 dəqiqə 4 saniyəyə 1000 payanı parçalayıb. İ.Maçiinin texnoloji rəqibi canlı samurayın bütün bu qabiliyyətlərini özündə birləşdirib. Robot 3D ötürücülər vasitəsilə demək olar ki, İ.Maçiinin bütün hərəkətlərini təkrar etməyə qadirdir. Yaskava Motoman MH-24 həm üfüqi, həm də şaquli zərbələrin endirilməsi zamanı yüksək dəqiqlik nümayiş etdirir. Robotun insandan fərqli olaraq, yorğunluq hiss etməməsi və emosiyaya qapılmaması onu yüksək dəqiqliyi ilə seçilən “soyuqqanlı” qatilə çevirir.

Amma bütün bunlara baxmayaraq, insan növbəti dəfə də maşın üzərində qələbə qazanıb. İsao Maçii robot-samuray rəqibindən dəfələrlə sürətli olduğunu nümayiş etdirib. Bununla yanaşı, alimlərin qənaətinə görə, robotun göstərdiyi yüksək bacarıqlar onun sənayedə istifadə üçün yararlılığını təsdiq edib.

İnterpress.azhttps://youtube.com/watch?v=BLhhDDyJaoA