Bir dəfəyə iki şüşə şampan içirbackend

Bir dəfəyə iki şüşə şampan içir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cavan diktator həddindən artıq suşi, kürü və bifşteks yeyir, bundan əlavə Kim bir dəfəyə 2 şüşə şampan içir.

Kommunizm ilə idarə olunan dünyanın ən qapalı cəmiyyəti sayılan Şimali Koreyanın gənc diktatoru yenə kiloları ilə gündəmdədir. 32 yaşında olduğu təxmin edilən Kim Jonqun, qısa bir müddət əvvəl paytaxt Pxenyandan kənardakı bir fermada göstərilib. 2011-ci ildə kreslosunu atasından alan Kim Yonqun daha əvvəl heç görülmədiyi qədər kilo aldığı ortaya çıxıb. Dünya mətbuatı bu vəziyyətinə görə Kim Yonqun sağlamlığının yaxşı olmadığını idda edib. Xəbərlərdə Kimin keçən il də həddindən artıq kilo almasından ortaya çıxan sağlamlıq problemləri səbəbindən bir ay boyunca ortalıqda görünmədiyi xatırladılır.

İngiltərənin “Daily Mail” qəzeti isə Kim Yonqa 13 il boyunca suşi hazırlayan yapon şef aşpazı Kenji Fujimoto ilə danışıb. Atası kimi oğul Kim Yonqun da suşiy’ çox meylli olduğunu vurğulayan Fujimotoya görə, gənc diktator ayrıca çox miqdarda bifşteks qəbul edir. Köpəkbalığı üzgəcindən haz;rlanan şorbanı da çox sevən Kimin ayrıca bir oturumda iki şüşə şampan içməsinin həddindən artıq dərəcədə kilo almasında təsirli olduğu iddia edilib. İsveçrənin məşhur pendiri Emmental ilə kürüyə də düşkün olduğu bilinən Kimin mədəsinə keçən il Çində tikan ilişdiyi iddia edilmişdi.

İnterpress.az