Abbas Abbasov gileyləndi: “Dəvətsiz necə gedim?”backend

Abbas Abbasov gileyləndi: “Dəvətsiz necə gedim?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu baş nazirin keçmiş müavini Abbas Abbasov Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı “AzərRos”un saytına müsahibəsində bildirib.

Abbas Abbasov Azərbaycanda qohumlarının yaşadığını vurğulayıb: “Orda mənim qohumlarım, uşaqlarım var. Oğlum deputatdır. Bu bayram mənim xalqımın, ailəmin, yaxınlarımın bayramıdır”.

Bakıda keçiriləcək yarışları izləmək üçün Azərbaycana səfərinə gəlincə Abbas Abbasov dəvət olunmadığı yerə getməyəcəyini bildirib: “Məni heç kəs dəvət etməyib. Dəvətsiz necə gedim?”

Elnarə
İnterpress.az