Putin və İlham Əliyevin Bakı görüşünün tarixi açıqlandıbackend

Putin və İlham Əliyevin Bakı görüşünün tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti 12-13 iyun tarixlərində I Avropa Oyunlarının açılış mərasimində iştirak üçün Azərbaycan Respublikasına səfər edəcək. Yarışlarda 360 Rusiya idmançısı iştirak edəcək. Onlar arasında 7 olimpiya çempionu və 34 dünya çempionu yer alır.

13 iyun tarixində Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar planlaşdırılır. Görüşdə ikitərəfli əlaqələr və aktual beynəlxalq məsələlər müzakirə ediləcək. Bununla yanaşı, səfər çərçivəsində digər ikitərəfli görüşlərin də keçiriləcəyi istisna edilmir.

Rusiya Federasiyası Prezidentinin mətbuat xidmətindən bildirilir ki, Azərbaycan – Cənubi Qafqazda və Xəzər regionunda Rusiyanın əhəmiyyətli strateji partnyorudur. İki ölkə arasında siyasi dialoq yüksək səviyyədə intensivliklə fərqlənir. Ölkələrimizin parlamentləri fəal qarşılıqlı əlaqələr, dinamik Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələri inkişaf edir.

2014-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollard səviyyəsinə çataraq rekord vurub. Bu göstərici 2013-cü il ilə müqayisədə 12 faiz daha çoxdur. 2015-ci ilin birinci rübündə qarşılıqlı ticarət dövriyyəsi 707 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründən 5,8% artıqdır.

İnterpress.az