Toğrul Əsgərov və Xetaq Qazyumov qızıl medal qazandıbackend

Toğrul Əsgərov və Xetaq Qazyumov qızıl medal qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Olimpiya çempionumuz Toğrul Əsgərov qızıl medal qazanıb.

Güləşçimiz finalda italiyalı Frank Kamizo Marqueslə üz-üzə gəlib.

London Olimpiadasından sonra ən yaxşı formasında olan idmançımız son döyüşünü qələbə ilə başa vurub. Toğrul hesabda 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, ilk hissədə cütün taleyini həll edib. Təmiz qələbə qazanan Olimpiya çempionumuz qızıl medallarımızın sayını 9-a, ümumilikdə isə mükafatlarımızın sayını 20-yə çatdırıb.

Avropa və dünya çempionu Xetaq Qazyumov da Oyunları çempion kimi başa vurub. Xetaq finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Həlledici qarşılaşma da təmsilçimiz üçün uğurla başa çatıb. Görüşü 3:1 hesabı ilə xeyrinə bitirən Qazyumov Oyunları çempion kimi başa vurub.

Bu, yığmamızın 10-cu qızıl medalı, ümumilikdə isə 22-ci mükafatı olub.

İnterpress.az