Taekvondo yarışları davam edirbackend

Taekvondo yarışları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün daha 2 dəst medal sahibini tapacaq.

Kişilər 80, qadınlar 67 kq çəki dərəcəsində qitənin ilk Oyunlarının ən güclüsünü müəyyənləşdirəcəklər.

80 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulacaq. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gələcək.

67 kq çəkidə isə gənclər arasında dünya çempionu olmuş azərbaycanlı Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirəcək.

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq.

İnterpress.az